Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 17:14
Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2021-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.
Nazirlkdən Trend-ə verilən məlumata görə, texniki baxışlar qrafik üzrə baş tutacaq. Belə ki, aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: Belə ki, Şimal regionu üzrə gəmilərə texniki baxış fevral ayı ərzində, Muğan regionu üzrə mart ayı ərzində, Cənub regionu üzrə aprel ayı ərzində həyata keçiriləcək. Daxili su hövzələri üzrə gəmilərə baxış idə oktyabr ayı ərzində olacaq.
Dövlət xidmətinin əməkdaşları Bakı şəhəri və Abşeron rayonu üzrə Ələt-Bibiheybət istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri, Zığ-Pirallahı istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri, Şimal QRES-Nardaran istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri, Goradil-Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi istiqamətində hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günlərində texniki baxış keçirəcək.
Cədvəldə göstərilmiş tarixlər hava şəraiti və gücləndirilmiş karantin rejimi nəzərə alınaraq dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümü ilə əlaqədar Bakı və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.