Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2021 17:50
Biz gündəmdəyik deyə, gözə tez dəyirik. Adamlar var ki, bizim bağımız onların zirzəmisi boydadır.
Sonxeber.net sfera.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Birə-Bir" verilişində deyib.
Müğənni onu bahalı maşını və evinə görə tənqid edənlərə belə cavab verib:
"Hər kəs kimi müğənni də istəyir ki, gözəl evi, maşını olsun. Biz gündəmdəyik deyə, gözə tez dəyirik. Adamlar var ki, bizim bağımız onların zirzəmisi boydadır. Ancaq onların adları nədənsə heç çəkilmir.
Zəhmətlə özümə ev tikdirmişəm. Niyə bunu dillərə dastan edirsiniz? Elə vaxtlarım olub ki, yataqxanada yaşamışam. Bəs, niyə onda demirdiniz ki, bu cür oğlan yataqxanada yaşayır, buna bir ev alıb verək canı qurtarsın. Üzümü bizə bəxtəvərlik verən insanlara tutub deyirəm ki, sən də Allahdan istə, sənə də verəcək".