Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPad mini 6 haqqında DETALLAR sızdırıldı

iPad mini 6 haqqında DETALLAR sızdırıldı

Tarix: 12 Yanvar 2021 22:20

Apple şirkətinin daha bir yeni məhsulu olan iPad mini 6 haqqında detallar ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, sızdırılan məlumatlara görə, cihazın ekran ölçüsü sələflərini nisbətən daha böyük olacaq. 2019-cu ildə satışa çıxarılan 5-ci nəsil iPad mini-də 7,9 düymlük ekrana yer verən Apple 6-cı nəsil iPad mini-də 8,4 düymlük ekran istifadə edəcək.

Daha nazik ekran çərçivəsinə sahib olacağı iddia edilən planşetin dizaynının iPad Air 3-ə bənzəyəcəyi sızdırılan detallar arasındadır.

Bundan başqa, cihazın Touch ID texnologiyasına sahib olacağı deyilir.

Planşetin martda təqdim ediləcəyi iddia olunur.

Milli.Az


Etiketlər:  iPad mini 6 haqqında DETALLAR sızdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ