Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''MegaFon'' Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb

''MegaFon'' Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb

Tarix: 16 Iyul 2019 22:00

Bakı. Trend:

Rusiyanın mobil operatoru "MegaFon" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb.

Trend-in məlumatına görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib.

Oxuculara "MegaFon" şirkətinin məktubunu təqdim edirik:

"Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazilər kimi təyin olunduğu səhv məlumatlar aşkar edilib. Səhv, şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. Meqafon” şirkəti bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

"Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Məktub "Meqafon"un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  MegaFon Azərbaycana qarşı təxribata atan əməkdaşlarını cəzalandırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ