Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unibank özünüməşğulluq layihəsini başa çatdırıb (FOTO)

Unibank özünüməşğulluq layihəsini başa çatdırıb (FOTO)

Tarix: 13 Yanvar 2021 16:24

Bakı. Trend:

Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bu istiqamətdə bir çox böyük layihələrə imza atan bank, daha bir layihəni uğurla başa çatdırıb. Bank, məqsədi həssas əhali qruplarının şəxsi biznesini yaratmaq olan özünüməşğulluq layihəsini yekunlaşdırıb. Ötən il boyu həyata keçirilən layihə çərçivəsində həssas əhali qrupuna daxil olan 45 vətəndaş Unibank tərəfindən qurmaq istədikləri şəxsi bizneslərinə uyğun avadanlıqla təmin olunub. Müxtəlif istehsal və xidmət sahələrinə aid olan bu avadanlıqlar sayəsində artıq vətəndaşların əksəriyyəti şəxsi ailə bizneslərini formalaşdıra biliblər.

Qeyd edək ki, özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilir. Bu memоrandum ölkə banklarının layihədə iştirakına imkan yaradıb. Unibank da daxil olmaqla, layihəyə qoşulan banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

Unibank özünüməşğulluq layihəsini başa çatdırıb (FOTO) - Gallery Image Unibank özünüməşğulluq layihəsini başa çatdırıb (FOTO) - Gallery Image Unibank özünüməşğulluq layihəsini başa çatdırıb (FOTO) - Gallery Image


Etiketlər:  Unibank özünüməşğulluq layihəsini başa çatdırıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ