Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun dərdini heç kim bilmədi'' - Bacısından danışıb ağladı

''Onun dərdini heç kim bilmədi'' - Bacısından danışıb ağladı

Tarix: 14 Yanvar 2021 14:00

Anam xəstə idi. Evini təmir etdirdim, tanımadı. Elə ağlayırdı ki, öz evimə getmək istəyirəm. Deyirdim, ana, öz evindir. Deyirdi, yox, mənim deyil. İstədim ona yaxşı şərait qurum. Kaş etməyəydim.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Dönə bilsəm" proqramında deyib. Xanəndə mərhum valideynlərindən danışıb. O bildirib ki, anası ömrünün son günlərində yaddaşını itirib:

"Deyirdim yaşlıdır, hər şeyi evin içində edim. Gəlirdim ki, odun daşıyır, neft iyi evdən gəlirdi. Atamla anam burada zülm çəkirdilər. 10 il əvvəl təmir etdirmək istədim, qoymadılar. Dedilər, bizim yaşayış tərzimizə toxunma. Amma son vaxtlar qulaq asmadım, əziyyətlərinə dözə bilmədim. Ev soyuq olurdu, dağ yeridir, xəstələnirdilər. Hər şəraiti qurdum, amma istəmədilər".

Xasıyeva dünyasını dəyişən bacısı Leyladan danışarkən "Bacım 2002-ci ildə dünyasını dəyişib. Onun dərdini heç kim bilmədi" sözlərini deyib.


Etiketlər:  Onun dərdini heç bilmədi Bacısından danışıb ağladı


RƏYLƏR