Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp alternativi 5 mobil proqram

WhatsApp alternativi 5 mobil proqram

Tarix: 14 Yanvar 2021 23:16

Facebook-un radikal qərarlarından sonra WhatsApp istifadəçilərinə məcburi qəbul etmələri üçün bir bildiriş göndərilir. Bu bildirişi qəbul etməyən şəxslərin 8 Fevral tarixindən sonra WhatsApp hesabları silinəcək. Məcburiyyətin Avropa Birliyi ölkələrində olmaması və həmin ölkələrdə seçimin istifadəçiyə buraxılması WhatsApp-ın ikili standart aparmasını ortaya çıxarıb və bir çox ölkə əhalisi buna etiraz edərək WhatsApp-ı siləcəklərini qeyd ediblər. Bu yazıda WhatsApp istifadə etməkdən imtina edən şəxslər üçün WhatsApp alternativi 5 mobil tətbiqdən bəhs edək.

WhatApp, 2012-ci ildə qurulmuş və qısa müddətdə milyonlarla istifadəçiyə çatmış bir mesajlaşma xidməti idi. Reklamsız mesajlaşmanı təmin etməsi və istifadəçi məlumatlarının gizliliyi mövzusunda həssas olması bir çox insan tərəfindən bəyənilirdi. 2014-cü ildə isə Facebook 19 milyard dollar ödəyərək WhatsApp-ı alır. Elə hər şeyin vəziyyəti bu tarixdən sonra dəyişilməyə başlayır. Facebook mərhələ-mərhələ istifadəçi gizliliyinə qarşı WhatsApp-ın siyasətini dəyişir və sonuncu dəfə bir neçə gün əvvəl yaşanan qalmaqal ortaya çıxır.

Şəxsi məlumatların Facebook və şirkətləri tərəfindən istifadəsi üçün təsdiq tələb edən bir bildiriş göndərən WhatsApp, artıq gözdən düşməyə başlayıb. Elon Musk tərəfindən tövsiyyə edilən Signal, WhatsApp-dan sonra dünyanın ən popular mesajlaşma platforması Rusiya mərkəzli Telegram, Çin mərkəzli WeChat və digər bir neçə proqram mağazalarda yüksək endirmə saylarına çatıb. Bu yazıda sizə alternativləri göstərəcək və fərqlərini bacardığım qədər izah etməyə çalışacağam.

WhatsApp alternativi mobil tətbiqlər
Signal,
Telegram,
Viber,
LINE,
Turkcell BiP

Yüksək səviyyədə təhlükəsizlik sözü verən Signal, WhatsApp-a ən bənzəyən rəqib olmaqdan əlavə çox şəffaf siyasətə sahibdir. İstifadəçi məlumatlarının gizliliyi mövzusunda çox diqqətli bir xidmətdir. Görüntülü, səsli zəng və digər funksionallıqları ilə WhatsApp-dan geri qalmır. Bundan əlavə Android variantı normal SMS tətbiqinin də yerinə keçir, bununla arzu edənlər bütün mesajları eyni nöqtədən idarə edə bilir.

Edward Snowden kimi dünyada məşhur təhlükəsizlik mütəxəssisləri tərəfindən də tövsiyyə edilən Signal-ı aşağıdakı linklərə klik edərək endirə bilərsiniz.

WhatsApp-ın ən güclü rəqibi Rusiya mərkəzli Telegram

Funksionallıq baxımından limitləri çox geniş olan Telegram uzun bir müddətdir WhatsApp-ın gözünü qorxudan rəqibdir. WhatsApp tərzinə alışanlar üçün Telegrama keçid biraz çətin olsa da, alışdıqdan sonra funksionallığı və sadə interfeysi ilə insanı heyran edir.

Telegram bu müddətdə WhatsApp qarşısında ən çox ediləcək seçimlərdən biri olacaqdır. Aşağıdakı linkləri istifadə edərək endirə bilərsiniz.
 

Göndərdiyiniz mesajları nə zaman istəsəniz silə biləcəyiniz Viber
 

WhatsApp-ın digər böyük alternativi Viber də görüntülü, səsli, mətn mesaj göndərmək üçün funksionallığa sahibdir. Bundan əlavə WhatsApp daxilində 5 dəqiqə olan mesaj silmə vaxt limiti Viber-də limitsizdir. Daxilindəki oyunlarla bərabər dostlarınızla qarşılıqlı maraqlı vaxt keçirməyinizi təmin edir.

Əskik tərəfi bütün istifadəçi siniflərinə ehtiyac olmayan funksionallıqları ilə qarışıq interfeysə sahib olmasıdır. Bundan əlavə bəhs etdiyimiz funksiyalara görə yer tutumu da yüksəkdir.

Aşağıdakı linkləri istifadə edərək Viber-ı endirə bilərsiniz.
 

Yaponya mərkəzli, nömrə yazmaq məcburiyyəti olmayan LINE
 

LINE 2011-ci ildən fəaliyyətdə olan funksional mesajlaşma tətbiqidir. WhatsApp kimi görüntülü, səsli zəng, statuslar yerləşdirmə funksionallığı olan LINE qeydiyyat zamanı nömrə yazmağı məcbur etmir. Bir proqram daxilində bir neçə hesab idarə edə bilərsiniz.

LINE əlavə olaraq "Silkələ dost tap" funksionallığı ilə yeni dostlarla rahat  və əyləncəli bir tanışlıq imkanı verir. Aşağıdakı linklərdən istifadə edərək endirə bilərsiniz.
 

Yeni və tam güvəniləcək proqram axtaranlar üçün Turkcell BiP
 

Qardaş ölkə Türkiyənin WhatsApp alternativi mobil tətbiqi olan BiP görüntülü, səsli zəng funksionallığına sahibdir. Bundan başqa Telegramın sevilən funksiyalarından olan kanal abunəliyi də BiP daxilində mövcuddur. Hələlik yalnız Türkiyədə istifadə edilə bilən istifadəçilər arası pul göndərmə funksiyası qısa müddətdə ölkəmizdə də tətbiq edilsə bir çox şəxs bu mobil tətbiqi sevərək istifadə edə bilər.

Aşağıdakı linklərdən istifadə edərək endirə bilərsiniz.

WeChat güclü bir WhatsApp alternativi olsa da gizlilik mövzusunda WhatsApp-dan geri qalmadığı üçün listdə yer almayıb.

Milli.Az


Etiketlər:  WhatsApp alternativi 5 mobil proqram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ