Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı

Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı

Tarix: 17 Iyul 2019 10:42

Bakı. Trend:

Mumbayda 100 yaşı olan 4 mərtəbəli binanın uçulması faciəyə səbəb olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 14 nəfər dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 2-si uşaq olmaqla 9 nəfəri xilas etmək mümkün olub.

Binanın uçulmasına isə son dövrlər müşahidə edilən musson yağışları səbəb olub. Binanın ətrafı dar küçə və döngələr olduğundan xilasetmə birqadası və texnikanın hadisə yerinə cəlb edilməsi çətinləşib.

Hazırda ərazi mühasirəyə alınıb və xilasetmə-axtarış işləri davam etdirilir.


Etiketlər:  Mumbayda 100 yaşı olan bina uçuldu 14 nəfər altında qaldı


RƏYLƏR