Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO)

Tarix: 15 Yanvar 2021 10:45

Bakı. Samir Əli - Trend:

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar ayının 6-dan 14-dək olan müddət ərzində şəhər ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO) - Gallery Image Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO) - Gallery Image Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO) - Gallery Image Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO) - Gallery Image Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb FOTO


RƏYLƏR