Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğaldan azad edilən torpaqlar ölkənin su ehtiyatlarının artmasına səbəb oldu - VİDEO

İşğaldan azad edilən torpaqlar ölkənin su ehtiyatlarının artmasına səbəb oldu -  VİDEO

Tarix: 15 Yanvar 2021 11:06

İşğaldan azad edilən ərazilərdə quruculuq - bərpa işlərinin həyata keçirilməsi davam etdirilir. Aparılan işlər arasında xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri də suvarma sistemlərinin, xüsusilə su anbarlarının və subartezan quyularının bərpası xüsusi əhəmiyyət kəsb edir.çünki, azad edilən topraqlar ölkəmizin həm də su ehtiyatlarını artırıb və indi qarşıda duran əsas məqsəd bu ehtiyatlardan səmərəli istifadənin təşkilidir.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, işğaldan azad edilən torpaqlar ölkənin su ehtiyatlarının artmasına səbəb oldu.

Dövlət Başçısı İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilən ərazilərdə su resurslarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb və bu istiqamətdə qiymətləndirmə işlərinə start verilib. Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən xəzər xəbərə bildirilib ki, artıq ermənilər tərəfindən dağıdılan subartizan quyularının bərpasına başlanıb. Bölgədəki su anbarları da ölkənin su ehtiyatlarının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Tərtər çayı üzərindəki Suqovuşan su anbarının istismara verilməsi isə 4 rayonun suvarma suyu ilə təminatını yaxşılaşdırıb.

Regiondakı digər su anbarlarının bərpası üzərində də işlər aparılır.

Fuad Nəsirov deyir ki, azad edilmiş ərazilərdə su təsərrüfatı komplekslərinin bərpası və inkişafı proqramı üzrə tədbirlər planı hazırlanır və yaxın vaxtlarda hökumətə təqdim ediləcək.


Etiketlər:  İşğaldan azad edilən torpaqlar ölkənin ehtiyatlarının artmasına səbəb oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ