Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Qan Bankından vətəndaşlara müraciət: Ehtiyatlar azalıb - VİDEO

Mərkəzi Qan Bankından vətəndaşlara müraciət: Ehtiyatlar azalıb - VİDEO

Tarix: 15 Yanvar 2021 11:56

Ölkəmizdə müsbət qan qrupları üzrə kifayət qədər ehtiyat olsa da, təəssüf ki, mənfi qan ehtiyatı ilə bağlı vəziyyət ürəkaçan deyil. Hazırda mənfi qan ehtiyatlarına böyük ehtiyac var. Mərkəzi Qan Bankı bununla bağlı vətəndaşlara çağırış edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə bəzi qan qrupları üzrə ehtiyatlar kəskin azalıb.

Azalma özünü ən çox mənfi rezuslu qan ehtiyatlarında göstərir. Hazırda mənfi 1, mənfi 2 və mənfi 4 qan qrupları üzrə qan ehtiyatları demək olar ki, tükənmək üzrədir. Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirdi ki, bu qan qruplarında ehtiyatların azalmasına səbəb son zamanlar tələbatın artmasıdır.

Qumral Ələkbərova bildirdi ki, koronavirusa yoluxan şəxslərin də bəzi hallarda qana olan ehtiyacı Mərkəzi Qan Bankı tərəfindən qarşılanır. Qurum rəhbəri yaranmış durumla bağlı vətəndaşlara könüllü qan vermək üçün çağırış etdi.

Qumral Ələkbərova qeyd etdi ki, Mərkəzi Qan Bankında müsbət qan qrupları üzrə ehtiyatlarda çatışmazlıq yoxdur.

Milli.Az


Etiketlər:  Mərkəzi Bankından vətəndaşlara müraciət Ehtiyatlar azalıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ