Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)

Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)

Tarix: 15 Yanvar 2021 20:22

Bakı. Trend:

30 illik həsrəti şəhidlərimizin qanı, qazilərimizin canı bahasına bitirən 44 günlük Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycan əsgəri ötən müddət ərzində bütün çətinliklərə rəğmən irəli getmək, erməni əsgəri isə çıxılmaz vəziyyətlə qarşılaşdığı zaman qaçmaq üçün hazırlanıb.

Trend-in məlumatına görə, müharibə fatehlərimizdən biri olan qazi Vüsal Qasımov da o igidlərimizdəndir ki, sinəsini düşmən gülləsinə sipər etmək onun üçün fəxrdir.

Torpaq qanla qovuşanda Vətən anlayışı ortaya çıxır. Qazimizin söhbətindən bir daha aydın olur ki, hərbçilərimiz müharibə zamanı bir-birini qardaş bilib, əl-ələ verib Vətən uğrunda irəli gediblər. Əsgər yoldaşlarının şəhid olması isə Vüsala böyük acılar yaşadıb.

Talış və Suqovuşan istiqamətlərində döyüşən Vüsal Qasımov, aldığı kontuziyaları bizimlə söhbət zamanı bir daha dilə gətirdi. Kəllə-beyin travması alan qəhrəmanımız müalicəsi bitdikdən sonra yenidən hərbi xidmətini davam etdirəcəyini deyir.

Müharibənin odlu-alovlu ağuşuna atılarkən bu haqda anasına heç nə söyləməyən qazimiz, yalnız hər şey olub-bitdikdən sonra ailəsinə xəbər verir.

Gözünü açdığı andan etibarən hərbçi ailəsində böyüyən Vüsal, atasını özünə örnək olaraq görüb, onun yolunu davam etdirib, ailəsinə qələbə sevincini yaşadanlardan olub.

Bu gün Vətənimiz qələbə sevincini Vüsal kimi qazilərə, şəhidlərimizə, ümumilikdə, Azərbaycan Ordusuna borcludur.

Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Mühasirədə qaldıq bir yolumuz var idi qazi Vüsal Qasımov FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ