Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb

Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb

Tarix: 16 Yanvar 2021 11:28

Bakı. Samir Əli - Trend:

Azərbaycanaa COVID-19 virusu ilə mübarizədə vaksinasiyanın əsas prinsipləri açıqlanıb.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib. O bildirib ki, strategiyanın həyata keçirilməsi zamanı könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq əsas götürüləcək.

O qeyd edib ki, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyaya cəlb olunacaq:

"Həmçinin, tibbi cəhətdən yüksək risk qrupuna daxil olanlar, tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərdir".


Etiketlər:  Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ