Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa görə bu çempionat dayandırılır

Koronavirusa görə bu çempionat dayandırılır

Tarix: 16 Yanvar 2021 17:20

Futbol üzrə Şotlandiya çempionatı dayandırıla bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb koronavirus pandemiyasıdır. 

Artıq Şotlandiya Futbol Assosiasiyası bununla bağlı klublarla müzakirələrə başlayıb. Qurumun icraçı direktoru Yan Maksvell klublara məktub yazaraq onların yarışı davam etdirmək istəyib-istəməməyini öyrənir.

Maksvellin məktubunda klublardan birinin çempionatı dayandırmaqla bağlı çağırışı da xatırladılıb. O, cavabları yanvarın 18-də alçağına ümid edir. Yekun qərar da bundan sonra verilməlidir.

Qeyd edək ki, 23 turdan sonra "Reyncers" 65 xalla liderdir. 3 oyun az keçirən "Seltik"in 44 xalı var.

Milli.Az


Etiketlər:  Koronavirusa görə bu çempionat dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ