Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-un yeni ştammı mart ayınadək ABŞ üçün ''ən çox təsadüf edilən'' ola bilər

COVID-19-un yeni ştammı mart ayınadək ABŞ üçün ''ən çox təsadüf edilən'' ola bilər

Tarix: 17 Yanvar 2021 21:22

COVID-19-un yüksək yoluxuculuq qabiliyyətinə malik ştammı mart ayınadək Birləşmiş Ştatlarda "ən çox təsadüf edilən" ola bilər ki, bu da pandemiyaya nəzarəti potensial olaraq çətinləşdirər.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin tədqiqatçıları bildiriblər. Onlar hesab edirlər ki, B.1.1.7 ştammı ilk dəfə ötən ilin sentyabrında İngiltərədə aşkarlanıb, lakin bu ştammın koronavirusun bir növü olması ötən ilin dekabrınadək müəyyən edilməyib. Mərkəzin tədqiqatçıları qeyd ediblər ki, yeni ştamm dünyanın 30-dan çox ölkəsində aşkarlanıb. Artıq ABŞ-ın 10 ştatında koronavirusun yeni ştammına 76 yoluxma halı qeydə alınıb.

Onların sözlərinə görə, bu ştammın sürətlə yayılması COVID-19 əleyhinə vaksinlərin təsiri ilə əhalinin immunitetinin möhkəmlənməsi prosesini ləngidə bilər. İki vaksin - "Pfizer-BioNTech" və "Moderna" vaksinləri ötən ay Birləşmiş Ştatlarda istifadə üçün bəyənilib. Tədqiqatçılar yeni ştamma yoluxmanın aşkar edilməsi istiqamətində səyləri testləşdirmənin miqdarının artırılması və imkanlarının yaxşılaşdırılması, yoluxmuş insanlarla əlaqələrin izlənilməsi üzrə təşəbbüsləri gücləndirməyə çağırıblar.

Mərkəzin mütəxəssisləri qeyd edirlər ki, B.1.1.7 ştammının Birləşmiş Ştatlarda gələcəkdə yayılması barədə proqnozlar kompüter modelləşdirməsi vasitəsilə aşkarlanan nəticələrə əsaslanır.


Etiketlər:  COVID yeni ştammı mart ayınadək ABŞ üçün çox təsadüf edilən bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ