Tarix: 17 Iyul 2019 16:28
"Qarabağ" növbəti transferini həyata keçirib.
Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu fransalı hücumçu Maqaye Qeyeni transfer edib. Transferin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 29 yaşlı Seneqal əsilli futbolçu "Strasburq"un yetirməsidir. Onun son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. Qeye karyerası ərzində Fransanın "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarında da çıxış edib.
Xatırladaq ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli müdafiəçi Faysal Rerrası və ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə qatıb.