Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pandemiyadan əvvəl hər gün toya gedirdim''

''Pandemiyadan əvvəl hər gün toya gedirdim''

Tarix: 18 Yanvar 2021 17:45

Pandemiya başlayandan əhvalım yoxdur. Pul düşkünü olmamışam. Pul hamıya lazımdır, amma gərək onun qızdırmasına dözəsən. Allah hamıya qədərində pul versin. Heç vaxt deməmişəm ki, Allah, mənə pul çox ver. Demişəm, qədərində, övladıma və özümə lazım olacaq dərəcədə pulum olsun.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Müğənni pandemiyadan bəhs edib. O bildirib ki, koronovirusdan əvvəl hər gün toya gedib: 

"Allah bizi azad yaradıb. İndi ağzımız bağlanıb, evdə oturmuşuq. Allah deyir ki, bəndəm, sənə vaxt vermişəm, düşün. Bəlkə insanlar düzələ.

Pandemiyadan əvvəl hər gün toya gedirdim, pul qazanırdım. Toydan çıxan kimi marketə qaçırdım, pendirin 5 cürəsini, çörəyin 10 növünü alırdım. Bu gün toy yoxdur, amma yenə çörək var. çünki vaxtında savab işlər etmişəm".


Etiketlər:  Pandemiyadan əvvəl hər gün toya gedirdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ