Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Uzun boylu futbolçularımız azdır'' - Kuman

''Uzun boylu futbolçularımız azdır'' - Kuman

Tarix: 18 Yanvar 2021 19:10

"Qalib gəlmək üçün hər şey etdik, lakin çox yorğun idik. Bəzi futbolçular üçün bu finalda oynamaq böyük bir təcrübə oldu. Rəqibin keyfiyyətli futbolçuları var idi. Necə cərimə qazanmaq lazım olduğunu və bundan istifadə etməyi yaxşı bilirlər".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya superkubokunun finalında "Atletik"ə uduzduqları görüşdən (2:3) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən niderlandlı mütəxəssis müdaxiə xəttində boşluqların olduğunu bildirib: "Bizim uzun boylu futbolçularımız azdır və rəqib ikinci qol zamanı bundan istifadə etdi. Müdafiə xəttimizi lazımi səviyyədə tənzimləyə bilmədik. Hakim haqda danışmaq istəmirəm və onun idarəçiliyinə şərh verməyəcəm".


Etiketlər:  Uzun boylu futbolçularımız azdır Kuman


RƏYLƏR