Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər 5G ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar

Alimlər 5G ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar

Tarix: 19 Yanvar 2021 08:04

"Deloitte" Beynəlxalq Konsaltinq şirkəti beşinci nəsil rabitə şəbəkələri ilə (5G) koronavirus infeksiyalarının sayının artması arasında mümkün əlaqə barədə araşdırma aparıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəticədə, COVID-19-un 5G texnologiyası ilə yayıldığı iddia edilən nəzəriyyə mif sayılıb.

"Bu mümkün deyil. COVID-19 - virusdur və hava-damcı yolu ilə insandan insana ötürülür. Viruslar radio dalğaları vasitəsilə yayıla bilməz", - deyə araşdırma müəllifləri bildiriblər.

Mütəxəssislər 5G-nin insanların immunitet sistemini zəiflədə biləcəyinə dair müzakirələrin də həqiqətə uyğun olmadığını vurğulayıblar.

Milli.Az


Etiketlər:  Alimlər ilə koronovirus arasında əlaqə barədə araşdırma aparıblar


RƏYLƏR