Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 16:36
Bakı. İlhamə İsabalayeva – Trend:
Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı” proqramında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb:
”Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür”.