Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 17:50
Türkiyə Superliqa təmsilçisi "Rizespor"un yeni baş məşqçisi müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Marius Sumudika təyin olunub. Rumıniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Styepan Toması əvəzləyib.
Qeyd edək ki, "Rizespor" ölkə çempionatında 19 turdan sonra 21 xalla 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, M.Sumudikanın son klubu "Qaziantep" olub.