Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 23:20
WhatsApp-ın istifadəçi qaydalarını dəyişməsi xeyli insanın alternativ platformalara keçid etməsi ilə nəticələnib. Ayrı-ayrı ölkələr də Whatsapp-dan imtina istiqamətində işlərə başlayıblar. Bu tip addımlardan biri də Türkiyədən gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni əməkdaşlığa əsasən, Türk Telekom və Vodafone mobil operatorları istifadəçiləri BiP və Yaay tətbiqləri üçün internet kvotası xərcləməyəcəklər.
Bu barədə sözügedən mobil operator rəsmilərinin Tvitter hesablarında da məlumat verilib. Bildirilib ki, bu, istifadəçilərin fərdi məlumatlarının mühafizəsi xarakteri daşıyır.