Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 11:30
Bakı. Trend:
“Azərsun Holdinq” kollektivinin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.
Daha sonra şirkətlər qrupunun kollektivi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.