Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 03:16
“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub.
Qol.az xəbər verir ki, yubiley qolu Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçına təsadüf edib. "Qarabağ"ın 2:0 hesablı qələbə qazandığı qarşılaşmada fərqlənən Dani Kintana 100-cü qolun müəllifi olub.
Qeyd edək ki, "Qarabağ" II mərhələdə İrlandiya təmsilçisi "Dundalk"la qarşılaşacaq.