Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib

Bayden Den Smiti ABŞ dövlət katibi təyin edib

Tarix: 21 Yanvar 2021 02:24

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşı, səfir Den Smiti müvəqqəti dövlət katibi vəzifəsinə təyin edib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən xəbər verib.

Bildirilir ki, C.Baydenin daha əvvəl bu vəzifəyə irəli sürdüyü Entoni Blinkenin namizədliyi ABŞ konqresinin Senatı tərəfindən təsdiqlənənə qədər D.Smit bu vəzifəni icra edəcək.

Bundan əlavə, müvəqqəti olaraq maliyyə naziri vəzifəsini Endi Bokol, ədliyyə naziri vəzifəsini isə Monti Uilkinson icra edəcəklər.


Etiketlər:  Bayden Smiti ABŞ dövlət katibi təyin edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ