Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çoxsaylı mielomanın diaqnostikası

Çoxsaylı mielomanın diaqnostikası

Tarix: 21 Yanvar 2021 07:12

Xəstəlik müxtəlif mərhələlərdə aşkarlana bilir.
Mieloma xoşxassəli olduqda osteodistrofik proses olmur,qan göstəriciləri normal olur,immunoqlobilinlərin səviyyəsi normal saxlanılır.Xəstəlik tez proqressivləşdikdə bu zaman sümüklərin dağılması başlayır və qısa müddətdə artır.Bu vaxt daxili orqanlarda metastazlar aşkar edilir,paraproteinin səviyyəsi kəskin yüksəlir,normal immunoqlobilinlərin sayı kəskin azalır.
Xəstəliyin başlanğıc hissəsində xəstələr heç bir şikayət etməsələr də,təsadüfi müayinələr zamanı xəstəliyi əlamətləri qanda aşkarlana bilir.
Çoxsaylı mieloma zamanı xəstələrin qanında EÇS uzun müddət yüksək olur (50-60).Bu müxtəlif yerlərdə lokalizasiyalı bədxassəli şiş toxumasının olmasının göstəricisi sayılır.Bəzən xəstəlik özünü birdən-birə sümüklərdə ağrıların olması ilə biruzə verir.Şiddətli ağrılar qabırğa,qalça sümüyü darağı və iri sümüklərdə baş verir.Xəstələrin sümük sistemi zəiflədiyinə görə onlarda tez-tez patoloji sınıqlar baş verir.Xəstələrdə ümumi zəiflik,tez yorulma,halsızlıq,arıqlama müşahidə edilir.Xəstələr güclü antibiotiklərlə müalicə olunsalar da sağalmayan pnevmoniyadan şikayət edirlər.Xəstələrdə dizuretik əlamətlər və pielonefrit baş verir.
Xəstəlik kəskinləşdikcə əlamətlər də artır,xəstələr şiddətli sümük ağrılarından şikayətlənirlər.Xəstələrdə tərləmələr başlayır və onların iri sümüklərinin sirkələdikdə ağrılar müşahidə edilir.
Çoxsaylı mieloma proqressivləşdikcə EÇS 80-ə qədər yüksəlir və trombositoz müşahidə edilir.Bu zaman müayinə məqsədilə xəstənin qalça sümüyünün darağından treponasiya və ya punksiya edilir və alınan bioptat analiz edilir.
Xəstəliyin sonuncu mərhələsində rentgenoloji müayinə zamanı sümüklərdə parıltılı hissələr aşkar edilir.
Çoxsaylı mielomanın müalicəsində hormonlar preparatlardan,bərpaedici vasitələrdən və metobolik pozğunluqların qabağını alan vasitələrdən istifadə edilir.


Etiketlər:  Çoxsaylı mielomanın diaqnostikası


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ