Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Tarix: 21 Yanvar 2021 10:36

Bakı. Samir Əli - Trend:

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.


Etiketlər:  Şabranda karantini pozan kafenin sahibi müştərilər cərimələnib


RƏYLƏR