Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 15:34
Paytaxtda insanları elan saytları vasitəsilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
Bu barədə Sonxeber.net-a Səbai rayon Pİ-dən xəbər verilib. Bildirilib ki, Bakıda Tap.az elan saytından kirayə mənzil axtaran vətəndaşları aldadıb, onların behini mənimsəyərək yoxa çıxan şübhəli artıq tapılıb. Dələduzluq yolu ilə vətəndaşdan ələ keçirilən pul vəsaiti də sahibinə qaytarılıb.
Şikayətdən dərhal sonra dələduzun tapılması Bakı şəhər BPİ-nin rəhbərliyinin və bilavasitə Səbail rayon Pİ-nin rəisi, polis polkovniki Cavid Muradovun səyləri nəticəsində olmuşdur.
Qeyd edək ki, aldadılan şəxslər arasında Sonxeber.net-ın əməkdaşı da olub.
Təhməz Əsədov