Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung üçün qara gün: Şirkətin lideri həbs edildi, səhmlər ucuzlşadı

Samsung üçün qara gün: Şirkətin lideri həbs edildi, səhmlər ucuzlşadı

Tarix: 21 Yanvar 2021 23:12

"Bu, Samsung üçün həqiqətən ciddi zərbə və böyük bir böhrandır."

Samsung-un faktiki icraçı direktoru, vitse-prezident vəzifəsində işləyən, lakin son illər şirkətə rəhbərlik edən Lee Jae Yong Cənubi Koreya Ali Məhkəməsi tərəfindən iki il altı ay həbs cəzasına məhkum edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, o rüşvət və korrupsiya ittihamı ilə ikinci dəfə mühakimə olunur.

Məhkəmə prosesinə ölkənin keçmiş prezidenti Park Geun-hye də cəlb edilib.

Hökm xəbərləri Samsung Electronics səhmlərinin 4%-dən çox azalmasına səbəb oldu. Mütəxəssislər, hökmün liderlik boşluğu yarada biləcəyini və Samsung-un gələcəkdə irimiqyaslı investisiyalar barədə qərar qəbul etməsinin qarşısını ala biləcəyini bildirirlər.

"Bu, Samsung üçün həqiqətən, böyük bir zərbə və böyük bir böhrandır", - deyə Sejong Universitetinin biznes professoru Kim Dae-jong qeyd edib.

Məhkəmə qərarında Lee Jae Young-ın "fəal şəkildə rüşvət verdiyini və dolayısı ilə prezidentdən hakimiyyətin rahat keçidinə kömək etmək üçün gücündən istifadə etməsini istəməsi bildirilir. Təəssüf ki, ölkənin aparıcı şirkəti və qürurlu qlobal bir yenilikçi Samsung siyasi hakimiyyət dəyişikliyi yaşandıqda cinayətə qarışır".

Məhkəmə şirkət rəhbərini rüşvət, mənimsəmə və təxminən 7.8 milyon dollar məbləğində cinayət gəlirlərini gizlətməkdə günahkar hesab edib.

Lee Jae Yong ilk dəfə 2017-ci ilin fevralında həbs olunmuşdu. Və 2017-ci ilin avqust ayında məhkəmə onu günahkar bilib beş il həbs cəzasına məhkum etmişdi. 2018-ci ilin fevralında hökm yarıya bölündü və sonra o sərbəst buraxıldı. Mühakimə daha sonra dünən qərar çıxarılan Ali Məhkəməyə göndərilib.

Milli.Az


Etiketlər:  Samsung üçün qara gün Şirkətin lideri həbs edildi səhmlər ucuzlşadı


RƏYLƏR