Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 14:40
Bakı. Orxan Nəbiyev - Trend:
"Ford Motor" şirkəti ABŞ-da 2,7 milyon avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədar verilib.
Qeyd olunur ki, təhlükəsizlik yastıqları partlaya və ətrafa xırda metal hissəciklər yaya bilər.
Geri çağırılma 2006-2012-ci illərdə istehsal olunmuş "Ranger", "Fusion", "Edge", "Lincoln Zephyr/MKZ", "Mercury Milan" və "Lincoln MKX" modellərinə şamil olunub.
Avtomobillərdə təhlükəsizlik yastıqlarındakı qüsurlar nəticəsində bütün dünyada 400-dək xəsarət, 27 ölüm, o cümlədən ABŞ-da 18 ölüm halı qeydə alınıb.