Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 15:26
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycan - Slovakiya oyunu qapalı keçiriləcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüşə KİV nümayənləri və azarkeşlər buraxılmayacaq.
Saat 18:00-da start götürəcək matçı CBC Sport telekanalının canlı yayımlayacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.