Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Senatı Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatı Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

Tarix: 23 Yanvar 2021 08:54

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.

Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib.

Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər.

Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib.

2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub.

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib.

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı "Raytheon"un İdarə Heyətində vəzifə alıb.


Etiketlər:  ABŞ Senatı Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ