Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 13:04
Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqləri üzrə proqnozu "mənfi"dən "stabil"ə yüksəldib, eyni zamanda yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində saxlayıb.
Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Azərbaycanın reytinqinin daha da yüksəlməsi üçün xarici ticarət balansı profisitinin gözləntiləri üstələməsi, və ya ölkədə pul-kredit siyasətinin daha səmərəli olması, bank sektorunun möhkəmlənməsi üçün hökumətin bir sıra struktur islahatları keçirməsi lazımdır.
Agentlik hesab edir ki, Azərbaycanın büdcə və xarici fond mövqeləri karbohidrogenərin ucuz qiymətləri və koronavirus pandemiyasının səbəb olduğu iqtisadi ləngimələrə baxmayaraq, "BB" kateqoriyalı dövlətlər sırasında ən güclülərdən biridir. 2021-2024-cü illər üçün ÜDM-in təxminən 74 faizi səviyyəsində proqnozlaşdırılan iri likvid dövlət aktivləri bundan sonra iqtisadi və maliyyə çalxalanmalarından qoruyacaq:
"Neft qiymətləri və hasilatla bağlı proqnozlar, eləcə də Azərbaycanın OPEC+ sazişində iştirakı nəzərə alınaraq biz gözləyirik ki, ortamüddətli perspektivdə xarici daxilolmalar və büdcə gəlirləri artacaq və erməni işğalından azad edilmiş ərazilərdə bərpa üzrə hökumət tədbirləri fiskal axına mülayim təsir göstərəcək".