Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Transferi rəsmən açıqladı - “Milan”

Transferi rəsmən açıqladı - “Milan”

Tarix: 23 Yanvar 2021 17:34

"Çelsi"nin müdafiəçisi Fikayo Tomorinin "Milan"a keçidi rəsmiləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İtaliya klubu rəsmi saytı vasitəsilə 24 yaşlı oyunçunu heyətinə cəlb etdiyini açıqlayıb.

"Rossonyerlər" İngiltərə millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. Klublar arasında anlaşmaya əsasən "Milan" mərkəz müdafiəçisini yayda 30 milyon avro qarşılığında birdəfəlik transfer edə biləcək.

Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan Fikayo Tomori 2017-2019-cu illərdə başqa klublarda icarə əsasında çıxış edib.

Milli.Az


Etiketlər:  Transferi rəsmən açıqladı Milan


RƏYLƏR