Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif

İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif

Tarix: 23 Yanvar 2021 20:36

Bakı. Trend:

Tehran ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışı mövzularında əməkdaşlıq edə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

C.Zərif bildirib: "Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də sizinlə [ABŞ ilə - red.] əməkdaşlıq etmək üçün heç bir problem görmürük".

Onun sözlərinə görə, Fars körfəzindəki xarici qüvvələrin olması təhlükəsizliyə təhdiddir və ABŞ buranı tərk etməlidir.

Eyni zamanda XİN rəhbəri bunların "dövlətin deyil, onun şəxsi fikiri" olduğunu qeyd edib.


Etiketlər:  İran Fars körfəzində təhlükəsizlik neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər Zərif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ