Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 21:57
Alimlər hansı qan qrupunun infeksiyaya qarşı daha dözümlü immunitetinin olduğunu müəyyən ediblər. Viruslara, infeksiyalara qarşı ən güclü immuniteti olan qan qrupu 4-cü qan qrupudur.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislərin qənaətinə görə, bu qan qrupuna aid olan şəxslərin immun sisitemi virus infeksiyaları ilə mübarizə aparmağa kömək edən interferon zülalını daha yaxşı itehsal edir. Alimlərə görə, IV qan qrupu daşıyıcıları interferon istehsalı baxımından ən güclü qan qrupudur. Bu insanların bədənində müvafiq halların 92 faizində zülal yaxşı istehsal olunur.
I və III qan qrupları olan insanlarda tədqiqat zamanı müvafiq olaraq 80 və 91 faizlik nəticə göstərilib.
II qan qrupundan olanlarda isə müvafiq halların təxminən 40%-də interferon istehsal etmə qabiliyyəti azalır, onlar digərlərinə nisbətən xəstəliklərə daha çox meylli olurlar.
Alimlər hesab edir ki, məhz qan qrupu orqanizmin virus infeksiyası ilə qarşılaşan zaman interferonu necə istehsal edəcəyinə təsir edir. Bu, birbaşa immunitetlə əlaqəli olan məslədir.
Qeyd edək ki, interferon orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas işi orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusla yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələlərində yaranır, hüceyrəarası sahəyə ifraz olunur. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla, ilkin müdafiə xəttini əmələ gətirir.