Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə''də gözlənilməz istefa - Yunis Hüseynov getdi

''Keşlə''də gözlənilməz istefa - Yunis Hüseynov getdi

Tarix: 24 Yanvar 2021 13:08

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov istefa verib.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Y. Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub.

55 yaşlı mütəxəssis "Keşlə" Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda Azərbaycan Premyer Liqasında 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşmışdı.


Etiketlər:  Keşlədə gözlənilməz istefa Yunis Hüseynov getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ