Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Tarix: 18 Iyul 2019 16:36

Şəki. Samir Əli - Trend:

Bu il bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib.

O deyib ki, ölkədə 9 elmi-tədqiqat institutu fəaliyyət göstərir: "Dövlət Sort Sınaq Məntəqələri hər il Dövlət Reyestrinə toxum və tingləri təklif edirlər. Dövlət Reyestri iki-üç il sınaq aparır. Sinaqdan uğurla keçəndən sonra sortu qəbul edir".

N.Nəsirli qeyd edib ki, qəbul edilən sortlar stress amilinə dözümlü, bərk və yumşaq buğda sortları, şaftalı və alma tingləridir. Hazırda ümumilikdə həm tərəvəz, həm də bostan məhsulları ilə bağlı 20 istiqamət üzrə tədqiqat işləri aparılır.


Etiketlər:  Azərbaycanda bir sıra toxum sortları tinglərin Dövlət Reyestrinə salınması təklif edilir


RƏYLƏR