Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2019 16:40
İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verib.
Qol.az-ın "Punich" nəşrinə istinadən yaydığı xəbərə görə, FİFA-dan bildirilib ki, bununla bağlı prezident Canni İnfantinonun məktubuna federasiyanın rəhbəri Mehdi Taca müsbət cavab verib. Ancaq qərarın qüvvəyə minməsi üçün İran hökümətinin razılığı lazımdır.
Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub. Bu ölkənin millisi DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.
Xatırladaq ki, FİFA prezidenti C.İnfantino iranlı qadınların stadiondan oyun izləməyinə icazə verilməsi üçün İran Futbol Federasiyasına məktub göndərmişdi.