Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 10:40
Bir gündə 13 toya gedirdim, aş təqdim edirdim. Evə gələndə artıq ayaqlarımı idarə edə bilmirdim. Balaca vaxtı yuxuya gedəndə arzular qururdum. Deyirdim, hansısa sahədə məşhur olacam, oldum da. Bir ildir toya getmirik. Düşünürdük ki, toy olmasa, nə olacaq? Xına məclisi olmayanda da Allah mənə ruzi verirdi. Çətin zəmanədə yaşayırıq. Nəsə iş görmək üçün ona can qoymaq lazımdır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Hüseynova bacıları" proqramında deyib. Sənətçi karantindən əvvəlki həyatından, var-dövlətindən bəhs edib:
"Pullarımı ütüləyib, üst-üstə yığmışam. Gətirib anama vermişəm, mənə yığıb. İkiotaqlı ev almışam. Sonra onu satıb, daha böyüyünü almışam. Qazanıramsa, özümə layiq şərait düzəltməliyəm. Hamı elə bilir ki, Fatimə çox imkanlıdır. Bir bağım, bir evim, bir maşınım var. Qızımı ərə vermişəm, öz evi var. Oğlumu da evləndirib, gəlin gətirəcəm, birlikdə yaşayacam".