Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 11:38
Bakı. Samir Əli – Trend:
Ötən il Ədliyyə Nazirliyi tərəfindən 5 məhkum xarici ölkədən Azərbaycana gətirilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov deyib.
O bildirib ki, 2020-ci ildə həmçinin 25 məhkum öz ölkəsinə təhvil verilib: “Ötən il Almaniyadan 2 nəfər Azərbaycana verilib. Onlardan biri Avropa İttifaqı, 1-i isə Azərbaycan vətəndaşıdır. Keçən il 7 nəfər Azərbaycana ekstradisiya olunub. Onlardan 1-i Türkliyə, 1-i Bosniya, 2 nəfər isə Almaniyadan ekstradisiya olunub. Eyni zamanda 6 nəfər xarici ölkə vətəndaşı öz ölkələrinə ekstradisiya edilib”.