Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 15:25
Xalq artisti Flora Kərimova "Xəbər-ətər" proqramında qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni çəkilişlərdən birində adını açıqlamadığı Xalq artisti haqda etiraf edib:
"10 il bundan əvvəl bir çəkilişdə idik. İncə, nazik bir obrazda Xalq artisti dayanmışdı. Arada bir pərdə görünürdü, asanlıqla o qadına söz demək mümkün deyildi. Elə oldu ki, operator nəyisə səhv etdi və təzədən çəkməli olduq. Operator kameranı bağlamadı. Onun üzünü görüb, sözlərini eşidərdiniz: qışqırırdı. Məəttəl qaldım. Elə ki, dedilər çəkilişə başlayırıq, elə bir dona girdi ki: mələk. Orada görünür ki, davranışının acığını çıxdılar. Həmin yerləri efirdə göstərdilər. Həmin insanı indiyənə qədər görəndə, elit görünməyə çalışanda, gülməyim tutur. Ona nə hörmətim olacaq? Ondan nə öyrənəcəksən?".