Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

Tarix: 25 Yanvar 2021 21:46

Belə davam etsək, martın ortalarında çətin vəziyyətdə qalacağıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Fransa Elmi Şurasının prezidenti Jan-Fransua Delfresi söyləyərək, ölkədə koronavirusla bağlı çətin vəziyyət gözlənilməsi ilə bağlı fransızları xəbərdar edib.

Bildirib ki, indiki durum ürəkaçan deyil. Qonşu ölkələrdəki, xüsusilə də İrlandiya və Böyük Britaniyadakı vəziyyətə diqqət çəkərək, onlardan nümunə götürməyə dəvət edib.

Qeyd edib ki, yeni təcridolma rejimi ehtimal olunur. Bu qərarın siyasi qərar olduğunu nəzərə alaraq, yeni təcridolma rejimi haqqında müfəssəl məlumat verməyib. J.-F. Delfresi mövcud vəziyyətin uzun zaman davam edə bilməyəcəyini bildirib. Virusun yeni ştammlarının vəziyyəti gərginləşdirəcəyini vurğulayıb. Yeni ştammların ikinci pandemiyanın ekvivalenti olduğunu deyib. Virusun yeni ingilis ştammının yayılmasının qarşısını almaq mümkün deyil.

Koronavirusun yeni ştammlarına qarşı mübarizədə təcridolma rejiminin vacibliyini dilə gətirən Elmi Şuranın prezidenti peyvənd kampaniyasına da toxunaraq, səhiyyə nazirinin optimist fikri ilə razılaşmadığını və yaya qədər əhalinin yalnız 40 faizinin peyvənd oluna biləcəyini deyib.


Etiketlər:  Karantin rejimi tətbiq edilməzsə Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ