Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda ''TikTok'' qadağan olundu

Hindistanda ''TikTok'' qadağan olundu

Tarix: 26 Yanvar 2021 10:20

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistan hökuməti Çinin mobil tətbiqlərinə qarşı sanksiyalar tətbiq edib və 59 tətbiqin ölkə ərazisində istifadəsini tamamilə qadağan edib.

Trend-in məlumatına görə, qadağan olunan tətbiqlər arasında "TikTok", "Baidu", "WeChat" kimi məşhur proqramlar da yer alıb.

Qeyd olunur ki, qadağaya səbəb həmin proqramların istifadəçilərin fərdi məlumatlarını toplaması və onları ölkə xaricində serverlərə ötürməsi ilə bağlı şikayətlər olub.

Ötən ilin iyununda da Hindistan hökuməti Çinin 100-ə yaxın tətbiqini bloklamışdı.


Etiketlər:  Hindistanda TikTok qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ