Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 17:10
Danimarkada yanvarın 23-də "COVID-19" məhdudiyyətlərinə qarşı təşkil olunan etiraz aksiyasında Baş nazir Mette Frederiksenin maketini yandırmaqda ittiham olunan üç nəfər Kopenhagen polisi tərəfindən saxlanılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 30, 32 və 34 yaşlarında olan şəxslər "vəzifəli şəxslərə qarşı cinayət"də ittiham edilirlər.
Onların Baş nazirə qarşı təhlükə yaratdığı, buna görə də fevralın 19-dək həbsdə qalacaqları ifadə edilib.
Qeyd edək ki, Danimarkada koronavirus məhdudiyyətlərinə qarşı son həftələrdə təşkil olunan aksiyalarda 23 nəfər saxlanılıb.