Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 17:44
Türkiyənin Diyarbakır şəhəri və ətraf bölgələrində 5,2 bal gücündə zəlzələ hiss edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Saat 14:17-də baş verən zəlzələnin episentrinin Suriyanın Əl-Həsəkə şəhərində, hiposentrinin isə 11,76 kilometr dərinlikdə yerləşdiyi bildirilib.
Dağıntılar və itkilər barədə hər hansı məlumat yoxdur.