Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərə 4 400 manat veriləcək

Bu şəxslərə 4 400 manat veriləcək

Tarix: 26 Yanvar 2021 20:48

2021-ci ildə intensiv üsulla salınan fındıq bağlarının hər hektarına görə fermerlərə 4 400 manat birdəfələlik əkin subsidiyası veriləcək.
 
Sonxeber.net bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sədr müavini Fərid Rəhimli bildirib.

Onun sözlərinə görə, Meşə fondu olan torpaqlar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Bağ salmaq istəyən fermer birdəfəlik əkin subsidiyası ala bilmək üçün əvvəlcə torpaqdan istifadə hüququna dair sənədi sistemdə qeydiyyatdan keçirməlidir:

"Əsas şərt bağın 2021-ci ildə salınması, monitorinq dövründə tinglərin bağ qaydalarına uyğun əkilməsi və damcı suvarma sisteminin qurulmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları birdəfəlik subsidiyadan məhrum olunacaqlar, onlar yalnız əkin subsidiyası alacaqlar".

F.Rəhimli qeyd edib ki, 2020-ci ildə 46 300 hektar fındıq bağı üçün fermerlərə subsidiya ödənilib: "Bunun sadəcə 1900 hektarı intensiv bağların payına düşür. Ümid edirik ki, yeni tətbiq edilmiş subsidiya mexanizmi ilə bu il həmin rəqəm ikiqat artacaq".


Etiketlər:  şəxslərə manat veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ