Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 09:24
“Samsung” şirkətinin yeni smartfonu – “A72” haqqında məlumatlar təqdimatdan öncə məlum olub.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy A72” smartfonu “AMOLED” texnologiyası üzrə hazırlanmış “Full HD ” təsvir ölçülü 6,7 düymlük ekranla təchiz ediləcək. Smartfon iki versiyada əlçatan olacaq: “5G” dəstəkli və “Snapdragon 750G” prosessoru ilə, həmçinin “Snapdragon 720G” prosessoru ilə və “5G”-siz. Cihaz 4 sensordan ibarət kameraya malik olacaq: əsas 64 mp-lik, genişbucaqlı 12 mp-lik, 5 mp-lik makrosensor və 5 mp-lik dərinlik sensoru.
Şəbəkə informatorları smartfonun tezliklə təqdim ediləcəyini bildiriblər. “Samsung Galaxy A72” smartfonunun 128 QB daşıyıcı və LTE ilə olan ən əlçatan versiyası Avropada 459 avroya satılacaq.
Emil Hüseynov