Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 10:48
Bakı. Trend:
Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib. Seçiciləri, şəhid ailələrini və şəhər sakinlərini qəbul edən millət vəkili, onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.
Səsləndirilən müraciətlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial və tibbi problemlərin həlli istiqamətində köməkliyin göstərilməsi, işlə təminat kimi məsələlər olub. Vətəndaşları diqqətlə dinləyən millət vəkili, ölkə Prezidentinin göstərişinə uyğun olaraq həyata keçirilən vətəndaş qəbulunda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa müddətdə müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.
Millət vəkili qəbula gələn vətəndaşlara həmçinin sağlamlıqlarına diqqət edərək, pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi də tövsiyə edib.