Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 13:52
İran ABŞ-a sanksiyaları aradan qaldırmaq üçün fevralın 21-dək vaxt verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyada olarkən həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bu günə qədər ABŞ-ın yeni hökumətindən heç bir müsbət addım görmədiklərini ifadə edən Zərif "Məclis nüvə razılaşması və sanksiyalarla əlaqədar bəzi qərarlar verdi, hökumət olaraq bu qərarları yerinə yetirməliyik", - qeyd edib.